Modern.az

Azərbaycan neftinin qiymətində şok artım - 107 dolları ötdü

Azərbaycan neftinin qiymətində şok artım - 107 dolları ötdü

İqtisadiyyat

8 Sentyabr 2026, 09:08

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98 % artaraq 107,31 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər