Dünya bazarında neft bahalaşmaqda davam edir.
Modern.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,61 dollar və ya 0,63% artaraq bir barel üçün 97,61 dollar təşkil edib.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 1,52 dollar və ya 1,66% bahalaşaraq 93 dollara çatıb.