Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xəzinədarlıq orqanları 864 mindən çox ödəniş tapşırığı icra edib.
Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 8 ayda icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri 26 milyard 967,5 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat, xərcləri 22 milyard 770,6 milyon manat təşkil edib.
Son nəticədə icmal büdcədə 5 milyard 832,1 milyon manat, dövlət büdcəsində isə 3 milyard 715,9 milyon manat profisit olub.
Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 12 milyard 619,1 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat, sair daxilolmalar 462,5 milyon manat, Dövlət Neft Fondundan transfert 8 milyard 559 milyon manat, büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat təşkil edib.