Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələrin siyahısı açıqlanıb.
Modern.az xəbər verir ki, dünyada BVF-yə ən çox borcu olan ölkə Argentinadır. Ölkənin borcu 56,9 milyard dollar təşkil edir. İlk beşliyə, həmçinin Pakistan (10,8 milyard dollar), Misir (10,7 milyard dollar), Ukrayna (10.69 milyard dollar) və Ekvador (9,6 milyard dollar) daxildir.
Ümumilikdə, BVF dünya üzrə 123,1 milyard xüsusi borcalma hüququ, yaxud 166,96 milyard dollar məbləğində kredit verib.