Oktyabrın 23-25-də Bakıda Zeytun Festivalı keçiriləcək.
Modern.az xəbər verir ki, festival Dənizkənarı Milli Parkın ərazisində təşkil olunacaq.
Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.
Üç gün davam edəcək festival ərazisinə giriş ödənişsizdir.
Xatırladaq ki, ötən il Zeytun Festivalı İçərişəhərdə keçirilmişdi.