Modern.az

Azərbaycan niyə benzin satıb, İraqdan benzin alır? 

Azərbaycan niyə benzin satıb, İraqdan benzin alır? 

İqtisadiyyat

Bu gün, 10:36

Azərbaycanın son 16 ildə ilk dəfə İraqdan “Aİ-92” markalı avtomobil benzini idxal etməsi ölkənin yanacaq bazarında diqqətçəkən hadisədir. Bu addımın arxasında hansı iqtisadi amillərin dayandığı, idxalın ölkəyə nə qazandıracağı, daxili bazarda qiymətlərə necə təsir göstərə biləcəyi və Azərbaycanın eyni zamanda benzin ixrac edib idxal etməsinin iqtisadi məntiqi maraq doğurur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Modern.az-a açıqlama verib:

“Aİ-92” markalı benzinin həm idxalı, həm də ixracı ilk baxışdan ziddiyyətli görünsə də, bu, bazar iqtisadiyyatının məntiqinə uyğun kommersiya qərarıdır. Burada əsas məsələ məhsulun hansı ölkədən, hansı qiymətə alınması və hansı bazarda daha sərfəli şərtlərlə satılmasıdır.

Deputat bildirib ki, Azərbaycan benzini xaricdən daha əlverişli qiymətə alır, öz istehsal etdiyi məhsulu isə daha yüksək qiymətlə xarici bazarlara çıxarırsa, bu, əlavə gəlir əldə etmək imkanı yarada bilər. Lakin ticarətin real iqtisadi səmərəliliyini qiymətləndirərkən nəqliyyat, logistika və digər əməliyyat xərcləri, eləcə də idxalın daxili bazarın təminatına və yanacaq qiymətlərinə mümkün təsiri nəzərə alınmalıdır.

Nicat Rüstəm

Sizə yeni x var
Keçid et
Təcili! ABŞ hücuma keçdi - İrana ağır zərbələr