Modern.az

Bakıda məşhur mağaza reklam qaydalarını pozdu - Dövlət Agentliyi cərimələdi

Bakıda məşhur mağaza reklam qaydalarını pozdu - Dövlət Agentliyi cərimələdi

İqtisadiyyat

Bu gün, 09:55

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Almafamily Baku” MMC-nin reklamla bağlı qanunvericiliyin tələblərini pozduğu müəyyən edilib.“Almafamily Baku” MMC Bakıda elektronika, qadjet və ağıllı ev texnikasının (Roborock, MOVA, Apple, Samsung, Dyson və s.) satışı ilə məşğul olan mağazadır

Modern.az xəbər verir ki, məsələ ilə bağlı məlumat antiinhisar sahəsində baxılan işlərə dair cədvəldə əksini tapıb.

Qeyd olunub ki, fakt sentyabrın 15-də qeydə alınıb. Şirkət tərəfindən hüquqi şəxslərin əmtəə nişanlarından və şəxslərin əqli mülkiyyət hüquqlarından istifadə hüququnun olması barədə həqiqətə uyğun olmayan reklam verilib.

Fakt “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci və 7.1.7-ci maddələri ilə əlaqələndirilib.

Məlumatda həmçinin İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə istinad edilib. Həmin maddəyə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, eləcə də reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.

Cədvəldə şirkət barəsində cərimə protokolunun tərtib edilib-edilmədiyi və hər hansı cərimənin tətbiq olunub-olunmadığı barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
Təcili! ABŞ hücuma keçdi - İrana ağır zərbələr