Modern.az

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar

İqtisadiyyat

Bu gün, 11:00

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kiloqram), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kiloqram) gümüş medala sahib olublar.

Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli M8 yaş kateqoriyasında 90 kiloqram çəki dərəcəsində qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?