Modern.az

Bolqarıstanda festival - Azərbaycanın mədəni irsi nümayiş olundu

Bolqarıstanda festival - Azərbaycanın mədəni irsi nümayiş olundu

Mədəniyyət

7 İyun 2026, 08:58

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "BSS İllik Beynəlxalq Festivalı 2026" mədəni tədbirində təmsil olunub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, festival çərçivəsində Azərbaycanın zəngin mədəni irsi dünyanın müxtəlif yerlərindən olan insanlara nümayiş etdirilib.

"Günün xüsusi diqqət çəkən məqamı azərbaycanlı şagirdlər tərəfindən Azərbaycanın ənənəvi "Uzundərə" rəqsinin ifa edilməsi olub. Bu da tamaşaçıları heyran edib".

Qeyd edək ki, "BSS İllik Beynəlxalq Festivalı 2026" Bolqarıstandakı Sofiya Britaniya Məktəbi tərəfindən hər il keçirilən böyük mədəni tədbirdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir