Modern.az

Milli sərvət hesab olunan əsərlər ölkəyə qaytarılacaq 

Milli sərvət hesab olunan əsərlər ölkəyə qaytarılacaq 

Mədəniyyət

Bu gün, 12:59

Xaricdəki Azərbaycana məxsus dəyərli əsərlərin orijinal nüsxələrinin Azərbaycana gətirilməsi müzakirə olunur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli bildirib.

Nazir qeyd edib ki, milli sərvət hesab olunan qiymətli əsərlərin ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. Onun sözlərinə görə, bu proses təkcə kitabxana fondlarının deyil, həm də muzey kolleksiyalarının zənginləşdirilməsini əhatə edir.

Adil Kərimli bildirib ki, bu sahədə xüsusilə Milli Kitabxana fəal fəaliyyət göstərir. O vurğulayıb ki, Gürcüstan və digər ölkələrin kitabxanaları ilə əməkdaşlıq çərçivəsində qiymətli əsərlərin surətlərinin əldə olunaraq Azərbaycana gətirilməsi və Milli Kitabxanada saxlanılması istiqamətində müntəzəm iş aparılır.

Nazirin sözlərinə görə, gələcəkdə ikitərəfli müqavilələr və danışıqlar vasitəsilə həmin əsərlərin orijinal nüsxələrinin ölkəyə gətirilməsi imkanlarının da genişləndirilməsi nəzərdə tutulur.
 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV