Modern.az

Məşhur aktyor infarktdan öldü

Məşhur aktyor infarktdan öldü

Mədəniyyət

Bu gün, 12:03

İran kinosu və televiziyasının tanınmış simalarından olan aktyor Əkbər Abdi 66 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bir müddət əvvəl infarkt keçirərək xəstəxanaya yerləşdirilən aktyor cümə günü ürəyinin dayanması nəticəsində dünyasını dəyişib.

1960-cı il sentyabrın 4-də Tehranda anadan olan Əkbər Abdi aktyorluq fəaliyyətinə 1980-ci ildə "Sincablar" adlı televiziya tamaşası ilə başlayıb. Həmin il o, "Meselabad" serialında da rol alaraq televiziya ekranlarında görünməyə başlayıb.

Aktyora geniş şöhrəti isə 1983-cü ildə Hüseyn Əfsahinin rejissoru olduğu "Yenə məktəbə gec qaldım" adlı uşaq serialı qazandırıb.

Əkbər Abdi kino karyerasına 1984-cü ildə "Böyük qarışıqlıq" filmi ilə başlayıb. Sonrakı illərdə "Siçana çevrilən adam", "Kirayəçilər", "Grand Sinema" və "Ey İran" kimi komediya filmlərindəki uğurlu obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.

Aktyor ilk "Kristal Simurq" mükafatını 1989-cu ildə Əli Hatəminin "Ana" filmində canlandırdığı Qulamrıza obrazına görə alıb. İkinci "Kristal Simurq" mükafatına isə 2011-ci ildə Rza Attaranın rejissoru olduğu "Yuxum gəlir" filmi ilə layiq görülüb.

Onun ən yaddaqalan ekran işləri sırasında Davud Mirbaqirinin "Qar adamı" və Möhsün Məxməlfəbin "Nəsrəddin şah kino aktyoru" filmlərində yaratdığı obrazlar xüsusi yer tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr