Modern.az

Azərbaycan incəsənət əsərlərini daha çox alır, yoxsa satır? - RƏQƏMLƏR 

Azərbaycan incəsənət əsərlərini daha çox alır, yoxsa satır? - RƏQƏMLƏR 

Mədəniyyət

Bu gün, 13:32

2026-cı ilin ilk 6 ayında Azərbaycandan incəsənət əsərləri, kolleksiya əşyaları və antikvar malların ixracı 50,65 min ABŞ dolları təşkil edib.

Modern.az-ın Dövlət Gömrük Komitəsinin xarici ticarət göstəricilərinə əsasən apardığı təhlilə görə, eyni dövrdə bu mal qrupu üzrə idxalın həcmi 211,52 min ABŞ dolları olub. Beləliklə, incəsənət əsərləri və antikvar məhsullarının idxalı ixracı təxminən 4,2 dəfə üstələyib.

Statistikaya görə, musiqi alətləri, onların hissələri və ləvazimatları üzrə ixrac isə cəmi 3,61 min ABŞ dolları təşkil edib. Bu kateqoriya üzrə idxal isə 1 milyon 430,77 min ABŞ dollarına çatıb.

Məlumatlara görə, musiqi alətləri bazarında ölkənin idxaldan asılılığı davam edir. İdxalın həcmi ixracdan təxminən 396 dəfə çox olub.

Məlumat üçün qeyd edək ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycanın ümumi ixracı 16 milyard 320 milyon 238,7 min ABŞ dolları, ümumi idxalı isə 8 milyard 341 milyon 108,93 min ABŞ dolları təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr