Modern.az

“Xalq yazıçısı”, “Xalq şairi”, "Xalq artisti" sonuncu dəfə kimlər olub? - SİYAHI

“Xalq yazıçısı”, “Xalq şairi”, "Xalq artisti" sonuncu dəfə kimlər olub? - SİYAHI

Mədəniyyət

Bu gün, 09:01

Azərbaycanda “Xalq yazıçısı”, “Xalq şairi” və "Xalq artisti" fəxri adları sonuncu dəfə kimlərə verilib?

Modern.az saytı bu fəxri adların verilməsilə bağlı sonuncu dəfə verilmiş sərəncamların tarixini araşdırıb.

“Xalq yazıçısı” və “Xalq şairi” fəxri adları ilə bağlı sonuncu sərəncam 2019-cu ildə imzalanıb.

“Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 may 2019-cu il tarixli həmin Prezidentin sərəncamı ilə üç nəfərə “Xalq şairi” adı verilib - Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub.

Həmin gün üç nəfərə də “Xalq yazıçısı” adı verilib - Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud.

Sonuncu dəfə “Xalq artisti” fəxri adı 22 iyul 2024-cü ildə verilib. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə Özbəkistanın tanınmış bəstəkarı, müğənnisi və musiqi xadimi Fərrux Zakirova Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adı verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir