Modern.az

Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb

Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb

Mədəniyyət

Bu gün, 09:16

Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.

Modern.az Xalq artistinin son vəziyyəti ilə maraqlanıb.

Yeni Klinikadan saytımıza bildirilib ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Zelenskinin ofisinə girdilər – Axtarış başladı