Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək.
Modern.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bununla bağlı növbəti Konfransı sentyabrın 11-də Nizami Kino Mərkəzində keçiriləcək.
Konfrans saat 12:00-da başlayacaq.
Tədbirin gündəliyində əsas məsələ İttifaqın sədrinin seçilməsi olacaq. İttifaqdan bildirilib ki, Konfransda bütün üzvlərin iştirakı mütləqdir.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da isə Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Konfrans iştirakçıları yetərsay olmadığından həmin konfrans və onun nəticəsi qeydə alınmayıb. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, o qarşıdan gələn konfransda sədrliyə vahid namizəddir.
Lamiyə Cənnətzadə