Modern.az

Zaur Rzayevin səhhəti necədir? - son məlumat 

Zaur Rzayevin səhhəti necədir? - son məlumat 

Mədəniyyət

Bu gün, 10:51

Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayevin səhhəti oktabrın 14-də yenidən pisləşib. Müğənni xəstəxanaya aparılıb. 

Məlumat üçün bildirək  ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.  

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı