Modern.az

“İndi də əlimdə fırça eskiz üzərində işləyirəm” – Fərhad Xəlilov 

“İndi də əlimdə fırça eskiz üzərində işləyirəm” – Fərhad Xəlilov 

Mədəniyyət

Bu gün, 15:04

“Prezident İlham Əliyevin məni “İstiqlal” ordeninə layiq görməsi mənim üçün böyük şərəfdir”.

Bunu Modern.az-a açıqlamasında Xalq rəssamı Fərhad Xəlilov Prezidentlə görüşündən danışarkən bildirib.

Rəssamın sözlərinə görə, bu ordenlə təltif olunacağını əvvəlcədən bilməyib.

Fərhad Xəlilov dövlət başçısı ilə söhbətinin xoş keçdiyini qeyd edib:

“Prezident İlham Əliyevlə Azərbaycanın dünyaya səs salmasından, bu gün irəli gedən ölkələrdən biri olmasından danışdıq. Əslində, çox mövzuya toxunduq, ancaq əsas mövzumuz Azərbaycanın gələcəyi və dünya siyasətində yeri idi”.

Gələcək planlarını da bölüşən sənətkar telefon danışığı zamanı belə yaradıcılıq işini davam etdirdiyini deyib:

“Planlarım hansı istiqamətdə idisə, elə o istiqamətdə də çalışacağam. İndi də əlimdə fırça eskizim üzərində işləyirəm. Bazar ertəsi sərgimin açılışı olacaq. Bu da rəssam kimi ən yaxın planlarımdan biridir”.

Fərhad Xəlilov hesab edir ki, hər kəs öz peşəsini layiqincə yerinə yetirməklə ölkənin inkişafına töhfə verə bilər:

“Mən rəssam kimi, bəstəkar bəstəkar kimi, sizlər jurnalist kimi İlham Əliyevi dəstəkləməli və xalqımız üçün çalışmalıyıq. Belə olarsa, Azərbaycan xalqı hər cəhətdən irəli gedər”.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 23-də Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Dəhşətli hücum hazırlığı başladı - İran vurulacaq?