26 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
11 May 2016, 22:42 |
Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO

Həmişə fəxr etmişəm ki, atam Heydər Əliyevlə dost olub. Bunu lovğalanmaq kimi də qiymətləndirmək olar. Bu dostluğun şahidləri çoxdur. Bu dostluq artıq, tarixə  çevrilir. Tarixi də  yazarlar ki, gələcək nəsillərə yadigar qalsın. Mən də son 5 ildə atamla Heydər Əliyevin dostluğundan, görüşlərindən müxtəlif  yazılar yazdım. Yəqin ki, maraqla qarşılandı. Bəzən  isə “yox, ay Mahir, deyəsən özündən uydurursan axı?” deyənlər də tapıldı. Bu təbiidir. Çünki insanlar daha çox eşitdiklərinə yox, gördüklərinə inanırlar. Atalar sözü olan “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi də bu fikrimi təsdiqləyir.

İki il qabaq ailə arxivini səliqəyə salanda, 1997-ci və 2001-ci illərdə çəkilən iki videonu ictimailəşdirməyə qərar verdim. Böyük Heydər Əliyevlə Qabil arasında olan söhbəti, zarafatları əks etdirən bu iki videomaterial böyük rezonans doğurdu. Saytlarda, sosial şəbəkələrdə geniş yayıldı. Bu videolara baxanlar üçün artıq, mənim yazılarım ikinci plana keçdi. 


Atam professor Hacıbala Abutalıbovla da dost idi. Xətrini çox istəyirdi. Mən də bir telejurnalist kimi onun Suraxanı rayon və  Bakı şəhər İcra Hakimiyyətlərinin başçısı kimi fəaliyyətini yaxından izləmişdim. Mən onun müasiriyəm.

Şahidi olduğum əhvalatları  ara-sıra  qələmə alıb çap etdirməyə başladım. Hardasa 7 məqalə-xatirə olar. Bu yazıların içində “Heydər Əliyevə sədaqətdə Hacıbala Abutalıbov etalonu” adlı məqaləm xüsusilə seçilirdi. Bu sədaqətin isə sadə bir izahı vardı: “Hacıbala Abutalıbov əvvəldən Əliyevçi olub, indi də Əlievçidir”. Yaxud da “indi Əliyevçiyəm deməyə nə var ki? Hünərin vardı,  90-cı illərin əvvəllərində Əliyev kəlməsini dilinə gətirib, onu açıqca müdafiə edəydin. Hacıbala Abutalıbov kimi”. Mən bunu yazmışdım.  Mən bunu göydən yazmamışdım. Mən bunu görüb yazmışdım. Canlı şahid kimi yazmışdım.

Bu yazılarımı təbii qəbul edənlər, səmimiyyətimə inananlar çox olmuşdu. “Mahir, tərifin barıtını çox etmisən”, “yəqin nə isə umacağı var, ona görə yazır”, yaxud da “Mahirə bunu sifariş verib yazdırırlar” deyənlər də az deyildi.  Bu mənfi fikirli insanlara isə belə cavab verirdim: “Layiqdir. Ona görə yazmışam. Çünki Hacıbala müəllim bütöv, sədaqətli, ürəyi ilə dili arasında uçurum olmayan adamdır. 80-90-cı illərdə necəydisə, indi də elədir. İngilis bayrağı kimi hər gün bir tərəfə əsənlərdən deil”. Bunu deyirdim. Bəs sübut? Yuxarıda qeyd etdiyim kimi, insanlar eşitdiklərinə yox, daha çox gördüklərinə inanırlar. Yaxud da “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. 

Bu yaxınlarda Youtube-da bir videoya rast gəldim. İstədiyimi tapmışdım. Daha mənim yazdıqlarımın sözlə isbatına ehtiyac yox idi. Bu mənim ilk tanıdığım və bu gün də simasını dəyişməyən Hacıbala Abutalıbov idi. Baxın, siz də şahidi olun.

Lap yadımdan çıxmışdı. Hacıbala müəllim, 72 yaşınız mübarək!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:41 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:32 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:29 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar 26 Oktyabr 2021, 17:36 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP-ın Ərazi Partiya Təşkilatı hesabat verdi 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55 Aprel‌ ‌şəhidi‌nin ailəsi‌ ‌ziyarət‌ ‌olunub‌ 26 Oktyabr 2021, 15:50 “Qarabağ dünya kitabxanalarında” - Layihə 26 Oktyabr 2021, 15:44 Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları LƏĞV EDİLDİ 26 Oktyabr 2021, 15:38 “AzerGold” tələbələr üçün Təqaüd proqramı elan edir 26 Oktyabr 2021, 15:32