Modern.az

Üçəmlərdən sağ qalan körpəni aparatdan ayırdılar

Üçəmlərdən sağ qalan körpəni aparatdan ayırdılar

23 İyun 2016, 10:41

Salyan rayonunda doğulmuş üçəmlərdən sağ qalan bir körpənin vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir. 

 

Bu haqda Modern.az saytına Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev məlumat verib.

 

Baş həkim bildirib ki, uşağın ümumi vəziyyəti ağır olsa da, artıq süni nəfəs aparatından ayrılaraq özü nəfəs almağa başlayıb.

“Körpə sipap rejimində müalicəsini davam etdirir”. 

 

Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib.

 

 Doğuşda sonra üçəmlərdən ikisi ölüb.

 

Valideynlər üçəmlərdən ikisinin ölməsini xəstəxanada işıqların sönməsi nəticəsində küveyzdən çıxarılmasını əsas gətirib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir