Modern.az

Səfirdən Fətullah Gülən AÇIQLAMASI

Səfirdən Fətullah Gülən AÇIQLAMASI

21 İyul 2016, 17:19

"Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında “Fətullahçı Terror Təşkilatı” dayanır. O şəxsin ekstradisiyası ilə bağlı lazımi sənədlər ABŞ-a göndərilib”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.

 

Türkiyənin güclü dövlət olduğunu vurğulayan səfir ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib:

 

“Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.

 

Ağa Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü