Modern.az

Tovuzda mal-qara minaya düşüb

Tovuzda mal-qara minaya düşüb

16 Oktyabr 2016, 21:35

Tovuzun cəbhə kəndi Əlibəylidə sakinlərin həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanları düşmənin qurduğu tələyə düşüb. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, ötən gün dumanlı-çiskinli havada Fatma Əliyeva inəyi örüşə buraxıb, bir neçə dəqiqə sonra isə güclü partlayış səsi eşidilib.

 

Mal-qara sahibi heyvanların otladığı əraziyə baxış keçirəndə iribuynuzlunun minaya düşərək məhv olmasına şahidlik edib. Eyni vəziyyət bir neçə gün öncə zərərçəkənin qonşusu Sevil Hüseynovanın da başına gəlib. Kənd sakininin 3 baş iri buynuzlu heyvanı, 10-a yaxın qoyun-quzusu minaya düşüb.

 

Sakinlər bildirirlər ki, isti yay günlərində qəsdən yanğınlar törədən ermənilər, otlaq sahələrini yararsız hala salıb. İndi isə mal-qara qida üçün dağlıq əraziyə, düşmənin minalı sahələrinə doğru istiqamət alır ki, bu da sonda heyvanların ölümü ilə nəticələnir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub