Türkiyənin İzmir şəhərinin Adnan Menderes Hava Limanında xüsusi əməliyyat keçirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli İstihbarat Təşkilatının polislə birgə apardığı əməliyyat nəticəsində PKK adına fəaliyyət göstərən və dərnəklərdə təbliğatını aparan şübhəli şəxs saxlanılıb.
D.Ç. adlı şəxs İzmirdən Avstriyaya səfər etməyə hazırlaşırmış. Onun elə səfər edəcəyi ölkədə terrorçuların təbliğatını apardığı müəyyən edilib.