Modern.az

Bakı Meriyasına yeni Aparat rəhbəri TƏYİN OLUNDU - vəzifədən gedən Rasim Quliyev DANIŞDI  

Bakı Meriyasına yeni Aparat rəhbəri TƏYİN OLUNDU - vəzifədən gedən Rasim Quliyev DANIŞDI   

20 Sentyabr 2018, 12:36


Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. 

 

Rasim Quliyev Modern.az-a özəl açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:

“Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:

“Yeni Aparat rəhbəri Elgün Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI