Modern.az

Yaxın 2 gündə hava şəraiti yaxşı olmayacaq

Yaxın 2 gündə hava şəraiti yaxşı olmayacaq

Təhsil

21 Oktyabr 2011, 13:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. 

Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 14-19 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti təşkil edəcək. 

Ümumiyyətlə, yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır