Modern.az

Ukraynada prezidenliyə namizədlər arasında reytinq fərqi azalıb

Ukraynada prezidenliyə namizədlər arasında reytinq fərqi azalıb

19 Aprel 2019, 00:51

Ukraynada prezident seçkilərinin ikinci turuna iki gün qalmış namizədlərin reytinqi açıqlanıb.

Modern.az “Azərtac”a istinadən xəbər verir ki, Mixail Draqomanova adına Sosioloji Araşdırmalar Mərkəzinin açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Petro Poroşenkoya səs veriblər. Sorğuda iştirak edənlərin 15 faizi isə hələ namizədini müəyyənləşdirmədiyini açıqlayıb.

 

Səsvermədə iştirak edənlərin 55,8 faizi seçki məntəqələrinə dəqiq gedəcəyini, 17,6 faizi isə tərəddüd edərək çox güman ki, gedəcəyini bildirib.

 

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda hər iki namizədin iştirakı ilə debat olacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir