Modern.az

Rüstəm İbrahimbəyov Bakıya gəlir

Rüstəm İbrahimbəyov Bakıya gəlir

Aktual

31 May 2019, 17:47

İyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin növbəti iclası keçiriləcək.

Qurumdan Modern.az-a bildirilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun rəhbərliyi altında keçiriləcək iclasda AKİ-nin XI Qurultayına hazırlıq məsələləri müzakirə olunacaq, qurultayın gündəliyi və keçirilmə yeri müəyyənləşdiriləcək.

Gündəliyə bədii, sənədli, animasiya filmləri istehsalının müasir durumu, kino təhsilinin inkişafı, kino yayımı problemləri və kinonun inkişafı konsepsiyasının müzakirəsi də daxildir.   

Tədbir iyunun 4-də saat 14:00-da Bakı şəhəri, Həsən Seyidbəyli küç.18 ünvanındakı Azərbaycan Kinematoqrafçılar İttifaqı Evində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir