Modern.az

Qəbul imtahanlarında xüsusi texnikadan istifadə olunacaq - SƏBƏB

Qəbul imtahanlarında xüsusi texnikadan istifadə olunacaq - SƏBƏB

23 İyun 2019, 10:56

Bu gün keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında namizədlərin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. 

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib.

 

Texnologiyanın tətbiqində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

 

Texnologiya bəzi imtahan binalarında quraşdırılacaq.

 

Xatırladaq ki, imtahanda 24.028 abituriyentin iştirakı nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?