Modern.az

Təyyarə qəzasında 9 nəfər öldü

Təyyarə qəzasında 9 nəfər öldü

14 İyul 2019, 20:43

İsveçdə yüngülmühərrikli "GA8 Airvan" təyyarəsi qəzaya uğrayıb.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vesterbotten regionunun rəsmi saytında məlumat yayılıb.

Hadisə zamanı təyyarədə 9 nəfər olub. Onların hamısı qəzada həlak olub.

"Sveriges Radio"nun xilasetmə xidmətinə istinadən bildirib ki, təyyarə Umeo hava limanından yerli vaxtla saat 13:33-də səmaya qalxıb və Stursandsşer adasında yerə düşüb.

Qəzanın səbəbi araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi