Modern.az

Atraksionda qəza: 3 nəfər öldü, 28-i yaralandı

Atraksionda qəza: 3 nəfər öldü, 28-i yaralandı

14 İyul 2019, 23:26

Hindistanın Əhmədabad şəhərində “Discovery” adlı lunaparkda qurğulardan birində texniki problem nəticəsində əylənən insanlar 20 metr yüksəklikdən yerə yıxılıb.

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

 
Şəhər merliyinin nümayəndəsi Vijay Nehra bildirib ki, hadisə yerinə dərhal xialsedicilər, təcili tibbi yardım briqadası cəlb edilib. Polis hadisənin başvermə səbəbini araşdırır.

Xəsarət alanların əksəriyyəti uşaqlardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır