Modern.az

Əli Əhmədov Mlli Məclisdə Ermənistandan qovulan azərbaycanlıların məsələsini qaldırıb

Əli Əhmədov Mlli Məclisdə Ermənistandan qovulan azərbaycanlıların məsələsini qaldırıb

1 Fevral 2012, 17:47

“Bu il azərbaycanlıların Ermənistandan deportasiyasından 65 il ötür. Ermənistandan deportasiyaya məruz qalan azərbaycanlıların hüquqları tanınmalıdır”.

Bunu Yeni Azərbaycan Partiyasından sədr müavini, icra katibi Əli Əhmədov Milli Məclisin plenar iclasında deyib.

O qeyd edib ki, Stalin rejimi zamanı deportasiyaya məruz qalmış xalqların hamısına bəraət qazanılıb, hüquqları bərpa olunub, yeganə olaraq azərbaycanlılar öz doğma yurdlarına qayıda bilməyiblər: "Ermənistandan deportasiyaya məruz qalan azərbaycanlıların hüquqları tanınmalıdır. Milli Məclis də deportasiya nəticəsində 10 minlərlə insanın həlak olması, böyük bir mədəniyyətin məhv olması ilə nəticələnən deportasiyaya öz münasibətini bildirməlidir. Milli Məclis onların hüquqlarını tanınması ilə bağlı qərar qəbul edə bilər. Bundan sonra məsələ ilə bağlı Avropanın müvafiq qurumlarına müraciət edilə bilər".

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü