Arxiv
18 Avqust 2019, 13:30 | HADİSƏ
Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri Şəmkirin Sarıtəpə kəndindəki yaşayış evində törədilən yanğın hadisəsi barədə birgə məlumat yayıb.

Modern.az saytı xəbər verir ki, rəsmi məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində törədilmiş qətlin üstü “isti izlər”lə açılıb. 

Belə ki, avqustun 18-i Şəmkir rayonu, Sarıtəpə kənd sakini İlqar Məsimovun evində yanğın baş verməsi nəticəsində 2017-ci il təvəllüdlü Nicat Sadıqovun meyitinin aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrı yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırmasına, nəticədə həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqovun ölməsinə, M.Məsimova və S.Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmələrinə səbəb olmasına kifayət qədər əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.

E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43 Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmağını gözləyirlər 4 İyul 2020, 10:36 İcazəsi olan şəxslər bu halda avtomobildən istifadə edə bilməz 4 İyul 2020, 10:28