Modern.az

“Relaks”dakı dava belə başladı - VİDEO

“Relaks”dakı dava belə başladı - VİDEO

19 Avqust 2019, 21:13

Lerikdəki “Relaks” istirahət mərkəzində baş verən davanın videosu yayılıb. 

Modern.az xəbər verir ki, videoda  “Relaks” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxsin oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına necə  müqavimət göstərməsi öz əksini tapıb.

Qeyd edək ki, hadisəylə bağlı 6 nəfər tutulub. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu (deputatın oğlu-red.), Nərimanlı Orxan Çingiz oğlu (deputatın qardaşı oğlu-red.), Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 
Modern.az saytı Unikal.org-un yaydığı həmin videonu təqdim edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır