Modern.az

Belarus KİV-nin bu günü - İCMAL

Belarus KİV-nin bu günü - İCMAL

Dünya

10 Sentyabr 2019, 09:41

Cəmiyyəti gündəlik informasiya ilə təmin edən, hadisələri işıqlandıran Kütləvi İnformasiya Vasitələri (KİV) hər bir ölkənin həyatında önəmli rol oynayır. Hətta, demək olar ki, mətbuatın güclü olması, həmin ölkənin dövlətçiliyi, diplomatiyası və iqtisadiyyatı üçün də əlavə dividentdlər gətirir.

Modern.az bu dəfə Belarus KİV-i haqqında ümumi məlumat verəcək.

Belarusda çap mediası

Belarus mətbuatının məlumatına görə, 2019-ci il yanvarın 1-nə ölkədə çap mediasına 1650 KİV - o cümlədən 743 qəzet, 866 jurnal, 31 bülleten, 9 kataloq və 2 almanax daxildir.  

Belarusda qeydiyyatdan keçən çap mətbuatının 70%-i dövlət sektoruna aid deyil. Bu ölkədə mətbuat belarus, rus, alman, ingilis, ukrayna, polyak və s. dillərdə çap olunur.


Ölkədə ən böyük tiraja malik qəzet “Sovet Belorusiya”sı adlanır. Həftədə 5 dəfə çıxan qəzet 420 min nüsxə ilə çap olunur. Digər populyar qəzetlər arasında “Veçerniy Minsk” (107 min nüsxə), “Zvyazda” (22,4 min nüsxə), “Respublika” (49,4 min nüsxə), “Kənd qəzeti” (25 min nüsxə), “Narodnaya qazetı” (30 min nüsxə), “7 dney” (37,1 min nüsxə) və “Znamya Yunosti” (25,7 min nüsxə) və s. yer alıb.


Paralel olaraq, Rusiyanın “Komsomolskaya Pravda” və “Arqumentı i faktı” qəzetlərinin yerli nüsxələri də oxunur.


Ümumi götürəndə isə Belarusda 4 mindən çox KİV nümunəsi fəaliyyət göstərir.


İnformasiya agentlikləri

Belarusda 7-si özəl olmaqla, 9 informasiya agentliyi mövcuddur. Ölkənin ən böyük agentlikləri arasında bütün bölgələrdə müxbirləri olan “Belarus Teleqraf Agentliyi” (BelTa), Rusiyanın “TASS”, “Praym”, dünyanın “Reuters”, Sinxua”nı qeyd etmək olar.

 

Elektron KİV


2019-cu il yanvarın 1-i üçün Belarusda 174 radioveriliş və 102 televiziya proqramı fəalliyyət göstərir. 26 radioveriliş və 57 televiziya proqramı özəl sektora aiddir. FM diapazonunda “Radius-FM”, “Radio Yunistar” və “Avropa plyus” daxil olmaqla 30-a qədər radiostansiya var.

Xarici auditoriya üçün 8 dildə yayımlanan “Belarus” radiostansiyası xidmət göstərir. Ölkə miqyasında “Belarus 1”, “Belarus 2 (gənclər üçün), “Belarus 3” (sosial-mədəni), “Belarus 5” (idman), Ümummilli Televiziya (ONT), “Stoliçnoe Televiziya” (STV) telekanalları da mövcuddur.

 

2005-ci ildə yayıma başlayan  “Belarus 24” beynəlxalq peyk telekanalı (Belarus TV) sutka ərzində dünyanın 100 ölkəsində 270 milyonluq auditoriyanı əhatə edir. Telekanallarda vacib hadisələr barədə analitik verilişlər, xəbərlər, maraqlı telelayihələr və film nümayişləri yer tutur. Bundan başqa, Belarus mədəniyyəti, mətbəxi, turizmi  və tarixi barədə unikal verilişlər yayımlanır.

 

Kanallar “ABS-2”, “HotBird A13” və “Galaxy 19” peykləri vasitəsilə yayımlanır. “Belarus 24”ü Avropa, Yaıxn Şərq, Mərkəzi Asiya, Afrika və Şimali Amerikada yayımlanır. Yayım rus və belarus dillərində həyata keçirilir.

2015-ci ilin iyunundan başlayaraq, Belarus analoqlu efirdən rəqəmsal yayıma keçib. Hazırda rəqəmsal yayım ölkə ərazisin 100% əhatə edir.


Belarusda KİV haqda qanunvericilik


Belarusda mətbuatın fəaliyyət mexanizmini 2008-ildə qəbul olunmuş “Kütləvi informasiya vasitələri haqqında” qanun (2013, 2014, 2016 və 2018-ci illərdə dəyişdirilib) və Konstitusiya təmin edir.

 

Belarusda Media forumları


“Belarus KİV-i” beynəlxalq sərgisi

“Gələcək Naminə Tərəfdaşlıq” beynəlxalq mediaforumu

Gənc Jurnalistlər Forumu

Beynəlxalq Minsk kitab sərgisi-yarmarkası

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı