Modern.az

Bakıda 9 yaşlı uşağı yük maşını vurdu

Bakıda 9 yaşlı uşağı yük maşını vurdu

22 Sentyabr 2019, 00:34

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 2009-cu il təvəllüdlü Canıyev Famil Rövşən oğlu yolu keçərkən onu "Qazel" markalı yük avtomobili vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. F.Canıyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasia şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya əraziləri VURULUR - Ukraynadan kütləvi hücum