Modern.az

İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

12 Oktyabr 2019, 16:07

Prezident İlham Əliyev Qoca Səmədovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Qoca Çərkəz oğlu Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Qoca Səmədov Yevlax şəhər İcra Hakimiyyətinin başçısıdır. Oktyabrın 13-də onun 60 yaşı tamam olur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?