Modern.az

Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı

Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı

20 Oktyabr 2019, 22:04

Rusiyanın Sankt-Peterburq şəhərində iki gənc qız bıçaqlanıb.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, çoxsaylı bıçaq zərbələri alan qızlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, sağ qalan qızın anası cinayəti qızın azərbaycanlı keçmiş sevgilisi törətdiyini deyib. Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Onun cinayəti qısqanclıq zəminində törətdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu