Modern.az

Yeni televiziya və radio açmaq istəyənlər varmı? - Milli Teleradio Şurası CAVAB VERDİ

Yeni televiziya və radio açmaq istəyənlər varmı? - Milli Teleradio Şurası CAVAB VERDİ

1 Noyabr 2019, 08:28

“Son 6 ayda yeni televiziya, radio kanalın açılması üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) heç bir müraciət daxil olmayıb”.

Bu barədə Şuradan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata əsasən, son müraciətlər Şuranın ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqədə qeydə alınıb:

“Sözügedən müsabiqə Bakı və Abşеrоn ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tеzlik rеsursuna 11 mart 2019-cu il tarixdən 11 aprel 2019-cu il tarixədək keçirilib. Müsabiqə zamanı 3 şirkətdən - “Real Təhlil İnformasiya Mərkəzi” MMC, “TV Media Azərbaycan” MMC və “RTV” MMC müraciət daxil olub.

Məlum olduğu kimi, Şuranın 23 aprel 2019-cu il iclasının qərarı ilə digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına,  maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC (REAL TV)  bu müsabiqədə qalib elan olunub”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir