Modern.az

Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüş keçirdi - FOTO

Malik Həsənov Cəlilabadın daha 4 kəndində görüş keçirdi - FOTO

21 Yanvar 2020, 16:15

YAP-ın 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Malik Həsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, YAP-ın namizədi bu gün rayonun Şatırlı, Ləkin, Cəngan və Kövüzbulaq kəndlərində görüş keçirib. M. Həsənov vətəndaşların müraciətləri və problemlərini dinləyib.  

 

YAP-ın namizədi abadlıq və quruculuq işlərinin davam edəcəyini bildirib. O əlavə edib ki, partiya rəhbərliyi tərəfindən qarşısına seçicilərin rəğbətini qazanmaq, sıravi vətəndaşlara xidmət etmək vəzifəsi qoyulub. 

 

Vətəndaşlar isə öz növbəsində onları narahat edən sosial problemlərdən danışıb. 

 

Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasinin üzvü olub.

 

 

 


 


 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü