Arxiv
27 Yanvar 2020, 20:05 | AKTUAL
Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım, inzibati nəzarət sahəsində 2019-cu il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikanın hərtərəfli inkişafını, dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, ədliyyə sahəsində də həyata keçirilən islahatların önəmini vurğulayıb.

 

Sonra Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov Mərkəzin 2019-cu il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.

 

Bildirilib ki, 2019-cu il yerli özünüidarəetmə orqanlarının formalaşmasının 20 illiyi, eləcə də bələdiyyə seçkilərinin uğurla keçirilməsi ilə yadda qalıb və hər iki hadisə ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb.

 

Ötən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində davamlı tədbirlər görülüb. Daxil olmuş bələdiyyə aktlarına inzibati nəzarət həyata keçirilərək qanunvericiliyin tələblərinə zidd olan aktların ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyyələrə təkliflər, eləcə də bələdiyyələr tərəfindən təmin edilməyən təkliflərlə bağlı məhkəmələrə iddialar verilib. Həmçinin qanunsuz olaraq verilmiş torpaq sahələri bələdiyyə mülkiyyətinə və ya sahibliyinə geri qaytarılıb.

 

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bir sıra bələdiyyələrin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib.

 

İnzibati nəzarət icraatı qaydasında aparılmış və cinayət əlamətləri aşkar edilən inzibati araşdırmalar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib.

 

Hesabat iclasında bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım sahəsində görülən işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, maarifləndirmə tədbirlərinin həyata keçirilməsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə səmərəli əməkdaşlıq edilib. Bələdiyyələrin istifadəsi üçün hazırlanan və GİZ-in maliyyə yardımı ilə "Bələdiyyələrdə arxiv işinin təşkilinə dair hüquqi aktlar toplusu" çap olunub.

 

Həmçinin, yerli özünüidarəetmə sahəsində bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutları, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq davam etdirilib.

 

Tədbirdə görülmüş işlərlə yanaşı, yerli özünüidarəetmə sahəsində aktual məsələlər, habelə onları doğuran səbəblərə də toxunulub, bununla bağlı mərkəzin məsul işçiləri və əməkdaşları dinlənilib, mövcud problemlərin həlli istiqamətində bələdiyyələrə kömək edilməsi üçün qarşıda duran vəzifələr müəyyən edilib.

 

Müşavirəyə yekun vuran nazir müavini ölkə Prezidentinin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurla islahatların aparılması, sahibkarlığın, qeyri-neft sektorun, kənd təsərrüfatının inkişafı üzrə davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın dünyada ən islahatçı dövlətə çevrildiyini qeyd edib, bələdiyyələr tərəfindən də bu inkişafa töhfə verilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu istiqamətdə bələdiyyələrin maarifləndirilməsi, onların fəaliyyətinin təşkilinə kömək, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.

 

Eyni zamanda müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların müraciətlərinə xüsusi qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, korrupsiyanın yolverilməzliyi, vurğulanıb, 2020-ci il “Könüllülər ili” çərçivəsində gənc könüllərin ədliyyə fəaliyyətinə daha geniş təşviq olunması ilə bağlı tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:09 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22