Modern.az

ABŞ-da koronavirusa yoluxanların sayı 60 mini ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 60 mini ötdü

Dünya

25 Mart 2020, 23:47

ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.

Modern.az   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Məlumatda bildirilir ki, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir