Modern.az

Naftalanda profilaktik tədbirlər davam edir - FOTOLAR

Naftalanda profilaktik tədbirlər davam edir - FOTOLAR

Aktual

30 Mart 2020, 15:40

Naftalan şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Naftalan şəhəri ərazisində əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə yaradılan mobil qruplar şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla  fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

 

Həmçinin polis əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllərdə  səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa çağırır, xüsusi karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə çağırırlar.

 

Şəhər  sakinlərinin daha sıx olduğu yerlərdəki mövcud oturacaqlar yığışdırılıb, binaların həyətindəki söhbətgahların girişləri  lentlər vasitəsilə bağlanıb, ictimai-iaşə obyektlərinin işinə nəzarət gücləndirilib.

 

Nazilər Kabineti yanında Operativ Qərərgahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənt təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Bütün təbliğat, maarifləndirmə dezinfeksiya və digər zəruri işlərin görülməsi  gün ərzində davam etdirilir.

 

#EVDƏQAL

 

     Aşağıdakı QAYNAR XƏTT nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

      Naftalan Şəhər İcra Hakimiyyəti 

      Tel: (022) 352-14-37  

      

     Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ 

    Tel: (022) 352-16-24

 

     ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsi

     Tel: (022) 352-30-55, 352-25-53

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir