Modern.az

Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT

Gəncədə həyat yoldaşını yandıran şəxs saxlanıldı - TƏFƏRRÜAT

5 Aprel 2020, 20:04

Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.

Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökərək yandırıb. Səbəb isə onların boşanması olub.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır