Modern.az

Deputatdan banklarla bağlı TƏNQİD

Deputatdan banklarla bağlı TƏNQİD

2 İyun 2020, 16:28

“Bank sistemində problemlər bu gün də qalmaqdadır. Bank sisteminin real sektora deyil, istehlak kreditlərinə istiqamətlənməsi müşahidə edilir”.

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin İqtisadi siyasət və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Vahid Əhmədov deyib. O bildirib ki, bank sisteminin bu addımına görə real sektroru inkişaf etdirə bilmirik:

“Mərkəzi Bank nəzərdə saxlamalıdır ki, Azərbaycanda həm uçot dərəcəsi aşağı salınsın, həm də real sektora kreditlər verilsin. Bu il Azərbaycanda 4 bank bağlandı. Təxminən 800 milyon manata yaxın əmanətin qaytarılması lazımdır. Sual budur ki, bu banklarda vəsait varmı? Bu ciddi sualdır. Çünki vəsait olmasa, əmanətlər dövlət büdcəsindən qaytarılacaq. Amma mən heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam. Burada insanlar kifayət qədər iş yeri itirdilər. Bankların birləşdirilməsi daha məqsədəuyğun olardı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir