Modern.az

Azərbaycanda bölgələr üzrə virusa yoluxma - SİYAHI

Azərbaycanda bölgələr üzrə virusa yoluxma - SİYAHI

6 Avqust 2020, 15:44

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. 

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlərə əsasən, Bakıda yoluxma halları cüzi də olsa azalıb.

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 56,5 faiz təşkil edirdisə, hazırda bu, 56,3 faizdir.

Sonrakı yerlərdə 16,1 faizlə Abşeron, 9,4 faizlə Aran, 6,7 faizlə Gəncə-Qazax, 4,5 fazilə Lənkəran, 1,9 faizlə Quba-Xaçmaz, 1,7 faizlə Dağlıq Şirvan, 1,5 faizlə Şəki-Zaqatala, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yenə də yeni yoluxma qeydə alınmayıb.

Ölkə xaricində yoluxanlar ümumi yoluxanların 0,8 faizini təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı