Arxiv
26 Sentyabr 2020, 09:06 | AKTUAL
Aqil Abbas: Vaqif Əlisoyun 65 yox, 60 yaşı var - Deputatdan nazirə AÇIQ MƏKTUB

Aqil Abbas,
Millət vəkili


Bu günlərdə Qarabağ qazisi Bakı şəhər Suraxanı rayonundakı 281 nömrəli məktəbin müəllimi Vaqif  Əlisoyun  təhsil naziri Emin Əmrullayevə ünvanladığı bir müraciətini ürək ağrısı ilə oxudum və həmin müraciəti də saytımızda  yerləşdirdik, qəzetdə də dərc elədik.


Vaqif Əlisoy 65 yaşı  tamam olduğuna görə təqaüdə göndərilib.


Hörmətli nazir, əvvəla Vaqif  Əlisoyun 65 yox, 60 yaşı  var, bu məsələyə qayıdacağıq.


Mən həmişə demişəm,  bu  mənim  subyektiv fikrimdi, orta  məktəb ali məktəb üçün kadr  hazırlayan  təşkilat deyil. Orta  məktəbin  birinci vəzifəsi  vətəndaş  hazırlamaqdı. Canı ilə, qanı ilə , ruhu ilə bu Vətənə, bu dövlətə bağlı olan VƏTƏNDAŞ!


Təbii ki, istedadlıları, savadlıları ali  məktəbə  daxil olacaq, orda  həm  mütəxəssis kimi, həm də bir vətəndaş  kimi daha da yetkinləşəcəklər. Və bütün orta  məktəbləri  bitirənlər də ali məktəbə daxil ola bilmir, ya peşə məktəblərinə üz tutur ki, peşə sahibi olsun, ya da gedib digər  sahələrlə – əkinçiliklə  məşğul olur, sürücülük edir, bənnalıq edir, daş yonur və sair və ilaxır.  Yəni bir  vətəndaş kimi bu millətə, bu dövlətə  qulluq edir.

Ağa Laçınlı «Səmimiyyət» adlı  şeirində deyir:

Bir  ölçü götürsək səmimiyyəti,

Alim var, çobandan aşağı qalar.

Və Ağa Laçınlının  təbirincə desək:

Bir ölçü götürsək vətəndaşları

Alimlər var ki adi bir  çobandan aşağı qalar.

Vaqif  Əlisoy əsl  vətəndaşdı və şagirdlərini də bir vətəndaş kimi yetişdirib. Şagirdlərinin   başqa  uğurlarını qoyuram bir  kənara, şagirdləri bu  Qarabağ qazisini məhz ona görə sevirdilər ki, onları bu millət, bu dövlət üçün  yararlı bir  vətəndaş kimi tərbiyə edirdi . Bu sirr deyil ki, orta  məktəblərdə  kişi müəllimlərin  sayı heç 10-15 faiz  təşkil etmir. Həm də məktəblərdə  kişi  müəllimlərinə  ehtiyac var. Belə bir vaxtda  bir kişi müəllimini  təqaüdə göndərmək  nə dərəcədə məqsədəuyğundur? Özü də həm müəllim  kollektivinin, həm də məktəb direktorunun böyük hörmətlə  yanaşdıqları bir  Qarabağ  qazisini, bir kişini.



Söhbəti  uzatmayım, gələk  yaş məsələsinə. Vaqif  müəllimin 65 yaşı  yoxdu, 60 yaşı var.  Çünki o, ömrünün 5 ilini əlində silah səngərlərdə keçirib. Nə  gecəsi olub, nə gündüzü, nə rahatlığı,  nə yemək-içməyi, nə  ailəsini  görüb, nə şagirdlərini. Qanın-qadanın içində keçən 5 il. Əslində bu 5 il ən şərəfli bir ömürdü, amma bu  5 ili yaşamayıb ki.


Evi-eşiyi, kəndi-kəsəyi, yurdu-yuvası viran qalıb. Özü, ailəsi, nəsil-nəcabəti çöllərə  düşüb. Nə qədər əzizi  şəhid olub.


Vaqif Cəbrayılzadə  Səttar Bəhlulzadə  haqqında yazır:


Ölsəydi

bu  dünyanın qara torpaqları

dolduramazdı

qocanın  üz qırışlarını.


İndi Vaqif Əlisoyun  sifətinə baxmaqla bir insanın nə qədər  ağrı-acı çəkdiyini  görmək  olar.


Vaqif Əlisoy ümumiyyətlə, bəxti gətirməyən  adamdı. Ermənilərlə müharibədə də heç bəxti gətirmədi, döyüşdə vurulub  şəhid olsaydı indi Azərbaycanın  Milli Qəhrəmanıydı.


Hörmətli Nazir!

Siz rəsmi ad almayan  Azərbaycanın Milli Qəhrəmanı Vaqif Əlisoya bir  müəllimliyi  çox görməyin!

Sağ olun!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:47 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28 Erməni generalının kül olmuş avtomobili - FOTO 27 Oktyabr 2020, 22:15