Modern.az

Türkiyədən Azərbaycana dəstək davam edir

Türkiyədən Azərbaycana dəstək davam edir

Aktual

2 Oktyabr 2020, 00:21

Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyənin müxtəlif bölgələrində tədbirlər keçirilir.

Modern.az xəbər verir ki, bu məqsədlə ölkənin Kocaeli vilayətinin Böyükşəhər Bələdiyyəsinin binasına iri Azərbaycan və Türkiyə bayraqları asılıb.

Şəhərin küçə və prospektlərinə Azərbaycana dəstək məqsədilə “Türk milləti olaraq canımızın digər hissəsi olan Azərbaycan türklərinin yanındayıq” şüarları asılıb. Ölkənin İzmir və Balıkesir şəhərlərinin rəmzləri olan “Saat qülləsi” və Çamlık təpəsində yerləşən əzəmətli Ay heykəli Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Türkiyənin müxtəlif vilayətlərinin ictimai nəqliyyat vasitələrinin elektron tablolarında “Bir millət, iki dövlət”, “Azərbaycan” şüarları və iki qardaş ölkənin bayraqları əks olunub.

Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Türkiyə əhalisi tərəfindən yaxından izlənir. Ölkənin müxtəlif bölgələrində dəstək aksiyaları təşkil olunur, televiziya proqramları hazırlanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...