Modern.az

Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO

Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO

Aktual

24 Oktyabr 2020, 19:00

Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin   təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof  stansiyasından Kundgebung meydanına doğru yürüş edib. Azərbaycan və türk icmalarının iştirak etdiyi yürüş Ermənistan ordusunun  Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub. 

 

Modern.az xəbər verir ki, yürüş iştirakçıları Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını insanlığa qarşı törədilən cinayət adlandırıb, işğalçı və terror siyasəti yürüdən Ermənistanın  bəynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildiriblər.  

 

Yürüş iştirakçıları müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” şüarlar səsləndiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi