Modern.az

Bakıda avtobus piyadanı vuraraq öldürdü

Bakıda avtobus piyadanı vuraraq öldürdü

Aktual

28 Oktyabr 2020, 12:42

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub. Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir