Arxiv
13 Noyabr 2020, 14:40 | İQTİSADİYYAT
Azərbaycan məhsulları dünyanın 167 ölkəsinə satılır

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac, 167 ölkədən idxal olunub.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb:

 

“Gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 17830,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10006,8 milyon dollarını və ya 56,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 7823,5 milyon dollarını (43,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,2 faiz, real ifadədə 22,0 faiz, o cümlədən idxal 38,7 faiz, ixrac isə 10,0 faiz azalıb.

 

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,2 faiz, real ifadədə isə 18,2 faiz azalaraq 1282,4 milyon dollar olub.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4,0 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2,0 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,9 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,9 faiz), Gürcüstana (7,8 faiz), Çinə (2,6 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Türkmənistana (0,9 faiz),  Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstün olub.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13,0 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4,0 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21,0 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

 

2020-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 5,7 faiz, kartof – 31,8 faiz, meyvə və tərəvəz şirələri – 13,8 faiz, bitki yağları – 48,4 faiz, meyvə və tərəvəz konservləri – 6,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19,0 faiz, pambıq lifi – 2,5 faiz, polietilen – 23,9 faiz, qara metallardan borular – 1,9 dəfə, bentonit gili – 1,3 faiz artıb, təzə meyvə ixracı isə 13,3 faiz, şəkər – 45,2 faiz, tütün – 27,7 faiz, çay – 7,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 58,5 faiz, emal olunmamış alüminium – 23,8 faiz, pambıq ipliyi – 37,4 faiz, qara metallardan yarımfabrikatlar – 66,7 faiz azalıb.

 

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında təzə meyvə idxalı 14,7 faiz, xam şəkər və şəkər – 2,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 29,2 faiz, çay – 4,5 faiz, mal əti – 18,8 faiz, təzə tərəvəz – 32,3 faiz, minik avtomobilləri – 29,5 faiz, dərman vasitələri – 53,4 faiz, hesablama maşınları, blok və qurğuları – 26,3 faiz, qara metallardan çubuqlar – 1,8 dəfə artıb, buğda idxalı isə 13,0 faiz, bitki yağları – 0,2 faiz, kartof – 4,6 faiz, quş əti və onun əlavə məhsulları – 16,5 faiz, siqaretlər – 77,2 faiz, qara metallardan borular – 16,1 faiz, polad prokatı – 6,6 faiz, mineral gübrələr – 6,2 faiz, rezin şinlər – 19,1 faiz, mebellər – 25,2 faiz, yük avtomobilləri – 8,5 faiz, məişət kondisionerləri – 31,5 faiz, polietilen – 26,0 faiz, paltaryuyan maşınlar – 5,5 faiz, qara metallardan künclüklər – 9,9 faiz, avtobuslar – 65,2 faiz, məişət soyuducuları – 0,2 faiz, sement və sement klinkerləri – 29,7 faiz azalıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da faciə qurbanlarının yekun sayı açıqlandı 26 İyul 2021, 00:57 Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı 26 İyul 2021, 00:43 Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic etdi 26 İyul 2021, 00:26 Daha 6 idmançımız mübarizəyə qoşulur - Tokio-2020 26 İyul 2021, 00:10 Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı 25 İyul 2021, 23:59 İsrail BƏƏ-yə ilk səfirini təyin etdi 25 İyul 2021, 23:48 “Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti 25 İyul 2021, 23:33 Martin "Barselona"dan ayrılır? 25 İyul 2021, 23:17 17 ildə ilk dəfə məğlub oldular 25 İyul 2021, 23:02 Şəhid polkovnikin oğlu əsgərliyə gedir 25 İyul 2021, 22:50 Gəncədə taksi sürücüsü bıçaqlandı 25 İyul 2021, 22:41 Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş... 25 İyul 2021, 22:28 Şahmatçımız dünya kubokunda heç-heçə etdi 25 İyul 2021, 22:14 Mingəçevirdə beşmərtəbəli binada yanğın 25 İyul 2021, 22:00 İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB 25 İyul 2021, 21:48 "İnter" Lukakunu satmaqdan imtina etdi 25 İyul 2021, 21:39 Türkiyədə pandemiya ilə bağlı vəziyyət pisləşir 25 İyul 2021, 21:21 Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI 25 İyul 2021, 21:10 Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi 25 İyul 2021, 20:58 Ucarda xəsarətlə nəticələnən yol qəzası - FOTO 25 İyul 2021, 20:43 Daşkəsəndə toyda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB 25 İyul 2021, 20:29 Tramp tərəfdarlarını sosial şəbəkələrlə mübarizəyə çağırdı 25 İyul 2021, 20:20 Fransada etirazçılarla polis arasında toqquşma 25 İyul 2021, 20:06 İdmançılara 30 saniyəlik maska icazəsi  25 İyul 2021, 19:38 Qazax sakinində narkotik aşkarlandı    25 İyul 2021, 19:34 Səməd Səmədov dəfn olundu  25 İyul 2021, 19:14 Dələduz direktor Azərbaycana ekstradisiya olundu 25 İyul 2021, 19:09 Daha 3 toy məclisində karantin qaydaları pozuldu 25 İyul 2021, 18:49 İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı 25 İyul 2021, 18:00 AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...” 25 İyul 2021, 17:51 Marina Nekrasova finala çıxa bilmədi  25 İyul 2021, 17:43 Ermənilər Kəlbəcəri yenə atəşə tutdu   25 İyul 2021, 17:34 Tokio-2020: Çin liderdir,  ABŞ üçüncü pilləyə yüksəldi – MEDAL SİYAHISI 25 İyul 2021, 17:22 Yaşar Vahabzadə "Kəpəz"də qaldı 25 İyul 2021, 17:16 Şəhid pilotumuzun anım mərasimi keçirildi 25 İyul 2021, 17:05