Modern.az

Yaponiya silkələndi

Yaponiya silkələndi

22 Noyabr 2020, 17:39

Bu gün Yaponiyanın şərq sahillərində 5,8 maqnitudalı zəlzələ olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Kyodo News” məlumat yayıb.

 

Yerli vaxtla saat 12.06 radələrində baş verən zəlzələnin ocağı İbaraki əyalətindən 40 km uzaqlıqda yerləşib. Yeraltı təkan paytaxt Tokio və Fukusima şəhərində də hiss edilib.

 

Xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı